среда, 4 мая 2016 г.
вторник, 3 мая 2016 г.
Haqqımızda
Qrupda beş nəfərik. İsmayilzadə Ülviyyə, Qurbanova Esmira, Rəcəbova Nəzrin, Namazov Üfüq və Hüseynov Şamil. Məktəbin keçirdiyi yarışlarda, tədbirlərdə və.s fəal iştirak edirik. Biz bu layihə ətrafında da araşdırmalar apardıq. İnternetdən, kitabxanalardan, dərsliklərdən araşdırdıq. Yaşlı nəslin nümayəndələrindən, müəllimlərimizin rəylərini nəzərə alaraq təqdimat hazırladıq. İstəyərdik elə bir tibb cihazı yaradılsın ki, bu vərdişlərə düçar olan insanların qanını təmizləsin. Asılılıqdan həmişəlik qurtulsunlar. Belə layihələrin sayı çox olarsa, cəmiyyətin sağlamlığı üçün faydalı olar!
ESSE
Peşmançılıq
Mən
narkomaniyanın fəsadları haqqında eşitmişdim. Bu xəstəliyə tutulan insanın
danışdıqlarını eşidəndə bir daha onun necə təhlükəli bir bəla olduğunu anladım.
O deyirdi ki, onu bu yola dostları sürükləyib. Onların çevrəsində mən bu
maddədən istifadə etməyə başladım. Marağıma səbəb olmuşdu. Bir dəfə istifadə
etməyim həyatımı əsarət altına aldı, səfalət işində keçməsinə səbəb oldu.
Yırtıq ayaqqabı və paltarımla heç nə yeməməyimə baxmayaraq cibimdəki son pulumu
da narkotikə verirdim. Bütün dünyamı, həyatımı yerlə bir etdi. Əvvəl evdəki
əşyaları sataraq əldə etdiyim pula narkotiki alırdım. Sonra qohumlarımın
evindən oğurluq etməyə başladım. Qohumlarım, yaxınlarım məndən nifrət
edirdilər. Buna görə heç kəsi günahlandıra bilmərəm. Bu günə qədər onları çox kədərləndirmişəm.
Əvvəl siqaret çəkərdim. Daha sonralar narkotikdən istifadə etdim. İş yerindən
qovuldum. Elə bil nərdivan kimidir pillə-pillə ölümə doğru qalxırsan.
Xatırladıqca utanıram. Bunları mən etməmişəm deyirəm. Oturub fikirləşəndə
peşman oluram. Maraq ediləsi heç bir şey yoxdur, sonuc ortadadır. Keçici hislərə
yox sonuna baxmaq lazımdır. Bir dəfə istifadə etməm asılı olmağıma yetmişdi.
Ailəmlə mübahisə edirdim. Özümü tanıya bilmirdim. Pul tapıb almaq üçün
etmədiyim saxtakarlıq və söyləmədiyim yalan qalmamışdı. Mənim sizə başa salmaq
istədiyim çəkdiyim əzablardır. Bu həm maddi, həm də mənəvi əzablardır. İnsanı
dərindən yaralayan, əlbəttə, mənəvi olanlardır. Mən bu zəhərdən qurtulmanın
ümidi ilə yaşadım. Müalicə aldım. Şanslıyam ki, bundan qurtuldum. Müalicə
çətindir. Əsas odur ki, bunu özün istəyəsən. Əlbəttə ki, ailənin dəstəyi çox
vacibdir. Heç vaxt bu tələyə düşməyin!
Mən onun danışdıqlarının təsirindən uzun müddət ayrıla bilmədim. Heç vaxt
narkotik maddədən istifadə etmək olmaz. Həyatda qarşılaşa biləcəyimiz
çətinliklərlə üzləşməli və həll yolunu tapmalıyiq. Bunun üçün bizə narkotik
maddə lazım deyil. Müdrik xalq misalında deyilir: "Sağlam bədən
sağlam düşüncənin məhsuludur."
Zərərli vərdişlərə yox deyək!
Zərərli vərdişlərə yox deyək!
Qonşumuz Fatma nənə tez-tez oglunun siqaret çəkməyindən gileylənərdi. O deyirdi ki, hələ məktəbdə oxuyarkən bu pis vərdişə alışıb. Nə qədər etdimsə onu bu pis yoldan çəkindirə bilmədim. İndi əziyyət çəkir. Öskürür, təngnəfəs olur və tez-tez baş ağrılarından şikayətlənir. Bu yaxınlarda həkimə getmişdi. Ürək damarlarının tutula biləcəyini dedi. Heç bilmirəm nə edim. Uşaqları üçün də onların yanında çəkməsi zərərlidir. Ən təhlükəli olan xərçəng xəstəliyinə qədər gətirib çıxara bilər. Hələ siqaretə xərclədiyi pulları demirəm.
Mən bu barədə qrup yoldaşlarıma danışdım. Belə qərara gəldik ki, insanların bu və ya digər zərərli vərdişlərə düçar olmaması üçün nəsə hazırlayaq. "Zərərli vərdişlərə yox deyək" adlı buklet hazırladıq və yaxın çevrəmizdə olan insanlara payladıq.
Bukletimiz
Bu bizim hazırladığımız buklet nümunəsidir.Sizdə belə maraqlı məlumatlar toplayaraq hazırladığınız bukleti bizimlə paylaşa bilərsiniz
Zərərli vərdişlərə qarşı mübarizə.
...Sitat
...İnsanın sağlamlığını
qorumaq, onu fiziki əzablarından xilas etmək mühüm, xeyirxah işdir.
Heydər
Əliyev
Zərərli vərdişlərə qarşı mübarizə hər bir dövlətin
qarşısında duran ən böyük sosial və tibbi problemdir. Əmək qabiliyyətinin
itirilməsinə, ailənin dağılmasına, insanın mənəvi tələbatının və iradi
keyfiyyətlərinin itməsinə gətirib çıxara bilər. Zərərli vərdişlərə düçar olmuş adamlar tədricən
insanlıq simasını tamamilə itirirlər. Özlərinin əhatəsində olan adamlara mənəvi
"zərbə" vururlar. Belə insanlar öhdəsinə düşən vəzifəyə, dostlarına,
ailələrinə və uşaqlarına biganə olurlar.
Əlbəttə,
zərərli vərdişlər ilə mübarizə aparmaq çətindir, ancaq bunu etmək lazımdır.
Belə insanlara laqeyd münasibət bəsləyərək onları həyatın axarına buraxmaq
olmaz. Bu vəziyyətə bizim yaxınlarımız da düşə bilər. Cəmiyyət onlara həmişə
qayğı göstərməlidir. Əgər belə olmazsa onlar məhv olar.
Əgər biz zərərli vərdişlərin
qarşısını almasaq bir neçə əsrdən sonra dünyamız necə olacaq?
Narkomaniyanın fəsadları hamıya: onu yayanlara, ondan istifadə
edənlərə və ətrafındakılara təsir edir. Hər bir yetkin insan narkomaniyanın o
cümlədən digər zərərli vərdişlərin proflaktikası ilə məşğul olmalıdır. Yalnız
effektiv proflaktikanın köməyi ilə bunun qarşısının alınması mümkündür.
Proflaktik tədbirlər hər bir ailədə eləcə də bütün cəmiyyətdə keçirilməlidir.
Bu bəla
ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların
çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Gün rejimini
elə təşkil etmək lazımdır ki, həm uşaq üçün maraqlı olsun həm də boş vaxtı
qalmasın. Məhz işsizlik səbəbindən çoxu yeniyetmələr narkoman olur. Keçid dövrü
insanı tamamilə dəyişdirir. Adətən belə vaxtlarda narkomaniyaya qurşana
bilirlər. Zərərli vərdişlərin, xüsusilə narkomaniyanın
profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu
prosesdə idmanın əhəmiyyəti şəksizdir. Gənclərimizin asudə vaxtının səmərəli
təşkili məqsədilə dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə
respublikamızın əksər bölgələrində Olimpiya İdman kompleksləri inşa olunmuş,
idman zalları və meydançaları yaradılmış və yenidən qurulmuş, bəzi rayonlarda
gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin
istifadəsinə verilmişdir. “Gənclər evləri”nə gənclərin geniş şəkildə cəlb
edilməsi, onların asudə vaxtının səmərəli təşkili üçün yerli gənclər və idman
idarələri tərəfindən lazımi işlər həyata keçirilir.
Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə
rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Onların gücləndirilməsi istiqamətində
bir sıra işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi
və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.Azərbaycan Respublikasının
Prezidenti cənab İLham Əliyevin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli
sərəncamı ilə "Narkotik vasitələrin,psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair
2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur.
Hər il milyon insan xüsusi klinikalara müraciət edir.
Onlar bu bəladan qurtulmaq istəyirlər. Zərərli
vərdişlərə düçar olmuş insanlara kömək əlinizi uzatmağı, onları bu bəladan
qurtarmaq üçün bütün təbliğat vasitələrindən istifadə etməyi unutmayın!
Sitat...
..."Hər
kəs pis iş gördükdən və ya (günah etməklə) özünə zülm etdikdən sonra Allahdan
bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər!"
(Qurani-Kərim, "Nisa" surəsi,
ayə 110)
Подписаться на:
Сообщения (Atom)