вторник, 3 мая 2016 г.

Haqqımızda


         Qrupda beş nəfərik. İsmayilzadə Ülviyyə, Qurbanova Esmira, Rəcəbova Nəzrin, Namazov Üfüq və Hüseynov Şamil. Məktəbin keçirdiyi yarışlarda, tədbirlərdə və.s fəal iştirak edirik. Biz bu layihə ətrafında da araşdırmalar apardıq. İnternetdən, kitabxanalardan, dərsliklərdən araşdırdıq. Yaşlı nəslin nümayəndələrindən, müəllimlərimizin rəylərini nəzərə alaraq təqdimat hazırladıq. İstəyərdik  elə bir tibb cihazı yaradılsın ki, bu vərdişlərə düçar olan insanların qanını təmizləsin. Asılılıqdan həmişəlik qurtulsunlar. Belə layihələrin sayı çox olarsa, cəmiyyətin sağlamlığı üçün faydalı olar!

ESSE

Peşmançılıq

       Mən narkomaniyanın fəsadları haqqında eşitmişdim. Bu xəstəliyə tutulan insanın danışdıqlarını eşidəndə bir daha onun necə təhlükəli bir bəla olduğunu anladım. O deyirdi ki, onu bu yola dostları sürükləyib. Onların çevrəsində mən bu maddədən istifadə etməyə başladım. Marağıma səbəb olmuşdu. Bir dəfə istifadə etməyim həyatımı əsarət altına aldı, səfalət işində keçməsinə səbəb oldu. Yırtıq ayaqqabı və paltarımla heç nə yeməməyimə baxmayaraq cibimdəki son pulumu da narkotikə verirdim. Bütün dünyamı, həyatımı yerlə bir etdi. Əvvəl evdəki əşyaları sataraq əldə etdiyim pula narkotiki alırdım. Sonra qohumlarımın evindən oğurluq etməyə başladım. Qohumlarım, yaxınlarım məndən nifrət edirdilər. Buna görə heç kəsi günahlandıra bilmərəm. Bu günə qədər onları çox kədərləndirmişəm. Əvvəl siqaret çəkərdim. Daha sonralar narkotikdən istifadə etdim. İş yerindən qovuldum. Elə bil nərdivan kimidir pillə-pillə ölümə doğru qalxırsan. Xatırladıqca utanıram. Bunları mən etməmişəm deyirəm. Oturub fikirləşəndə peşman oluram. Maraq ediləsi heç bir şey yoxdur, sonuc ortadadır. Keçici hislərə yox sonuna baxmaq lazımdır. Bir dəfə istifadə etməm asılı olmağıma yetmişdi. Ailəmlə mübahisə edirdim. Özümü tanıya bilmirdim. Pul tapıb almaq üçün etmədiyim saxtakarlıq və söyləmədiyim yalan qalmamışdı. Mənim sizə başa salmaq istədiyim çəkdiyim əzablardır. Bu həm maddi, həm də mənəvi əzablardır. İnsanı dərindən yaralayan, əlbəttə, mənəvi olanlardır. Mən bu zəhərdən qurtulmanın ümidi ilə yaşadım. Müalicə aldım. Şanslıyam ki, bundan qurtuldum. Müalicə çətindir. Əsas odur ki, bunu özün istəyəsən. Əlbəttə ki, ailənin dəstəyi çox vacibdir. Heç vaxt bu tələyə düşməyin!
         Mən onun danışdıqlarının təsirindən  uzun müddət ayrıla bilmədim. Heç vaxt narkotik maddədən istifadə etmək olmaz. Həyatda qarşılaşa biləcəyimiz çətinliklərlə üzləşməli və həll yolunu tapmalıyiq. Bunun üçün bizə narkotik maddə lazım deyil. Müdrik xalq misalında deyilir: "Sağlam bədən sağlam düşüncənin məhsuludur."




Zərərli vərdişlərə yox deyək!


    Qonşumuz Fatma nənə tez-tez oglunun siqaret çəkməyindən gileylənərdi. O deyirdi ki, hələ məktəbdə oxuyarkən bu pis vərdişə alışıb. Nə qədər etdimsə onu bu pis yoldan çəkindirə bilmədim. İndi əziyyət çəkir. Öskürür, təngnəfəs olur və tez-tez baş ağrılarından şikayətlənir. Bu yaxınlarda həkimə getmişdi. Ürək damarlarının tutula biləcəyini dedi. Heç bilmirəm nə edim. Uşaqları üçün də onların yanında çəkməsi zərərlidir. Ən təhlükəli olan xərçəng xəstəliyinə qədər gətirib çıxara bilər. Hələ siqaretə xərclədiyi pulları demirəm. 
       Mən bu barədə qrup yoldaşlarıma danışdım. Belə qərara gəldik ki, insanların bu və ya digər zərərli vərdişlərə düçar olmaması üçün nəsə hazırlayaq. "Zərərli vərdişlərə yox deyək" adlı buklet hazırladıq və yaxın çevrəmizdə olan insanlara payladıq.

Bukletimiz




Bu bizim hazırladığımız buklet nümunəsidir.Sizdə belə maraqlı məlumatlar toplayaraq hazırladığınız bukleti bizimlə paylaşa bilərsiniz


Zərərli vərdişlərə qarşı mübarizə.

...Sitat
   ...İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablarından xilas etmək mühüm, xeyirxah işdir.
Heydər Əliyev

    Zərərli vərdişlərə qarşı mübarizə hər bir dövlətin qarşısında duran ən böyük sosial və tibbi problemdir. Əmək qabiliyyətinin itirilməsinə, ailənin dağılmasına, insanın mənəvi tələbatının və iradi keyfiyyətlərinin itməsinə gətirib çıxara bilər. Zərərli vərdişlərə düçar olmuş adamlar tədricən insanlıq simasını tamamilə itirirlər. Özlərinin əhatəsində olan adamlara mənəvi "zərbə" vururlar. Belə insanlar öhdəsinə düşən vəzifəyə, dostlarına, ailələrinə və uşaqlarına biganə olurlar.
         Əlbəttə, zərərli vərdişlər ilə mübarizə aparmaq çətindir, ancaq bunu etmək lazımdır. Belə insanlara laqeyd münasibət bəsləyərək onları həyatın axarına buraxmaq olmaz. Bu vəziyyətə bizim yaxınlarımız da düşə bilər. Cəmiyyət onlara həmişə qayğı göstərməlidir. Əgər belə olmazsa onlar məhv olar.
Əgər biz zərərli vərdişlərin qarşısını almasaq bir neçə əsrdən sonra dünyamız necə olacaq?
         Narkomaniyanın fəsadları hamıya: onu yayanlara, ondan istifadə edənlərə və ətrafındakılara təsir edir. Hər bir yetkin insan narkomaniyanın o cümlədən digər zərərli vərdişlərin proflaktikası ilə məşğul olmalıdır. Yalnız effektiv proflaktikanın köməyi ilə bunun qarşısının alınması mümkündür. Proflaktik tədbirlər hər bir ailədə eləcə də bütün cəmiyyətdə keçirilməlidir.
          Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Gün rejimini elə təşkil etmək lazımdır ki, həm uşaq üçün maraqlı olsun həm də boş vaxtı qalmasın. Məhz işsizlik səbəbindən çoxu yeniyetmələr narkoman olur. Keçid dövrü insanı tamamilə dəyişdirir. Adətən belə vaxtlarda narkomaniyaya qurşana bilirlər. Zərərli vərdişlərin, xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu prosesdə idmanın əhəmiyyəti şəksizdir. Gənclərimizin asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın əksər bölgələrində Olimpiya İdman kompleksləri inşa olunmuş, idman zalları və meydançaları yaradılmış və yenidən qurulmuş, bəzi rayonlarda gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilmişdir. “Gənclər evləri”nə gənclərin geniş şəkildə cəlb edilməsi, onların asudə vaxtının səmərəli təşkili üçün yerli gənclər və idman idarələri tərəfindən lazımi işlər həyata keçirilir.
  Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.Azərbaycan Respublikasının Prezidenti cənab İLham Əliyevin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli sərəncamı ilə "Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur.  
         Hər il milyon insan xüsusi klinikalara müraciət edir. Onlar bu bəladan qurtulmaq istəyirlər. Zərərli vərdişlərə düçar olmuş insanlara kömək əlinizi uzatmağı, onları bu bəladan qurtarmaq üçün bütün təbliğat vasitələrindən istifadə etməyi unutmayın!
        Sitat...
       ..."Hər kəs pis iş gördükdən və ya (günah etməklə) özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər!"
(Qurani-Kərim, "Nisa" surəsi, ayə 110)